Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

Sentyabrın 19-da Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini nəzərə çatdırıb. O, bunun Azərbaycan Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində Qələbəmizin 5 illiyi ilə əlaqədar olduğunu söyləyib. Bu gün Azərbaycan xalqının onun ülvi arzusu olan müstəqil, suveren dövlətə sahib olduğunu qeyd edib.
  • Sosial şəbəkədə paylaş