Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

Prezident İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb.

Telefon danışığı zamanı tərəflər siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.

Həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Niderlandın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.
  • Sosial şəbəkədə paylaş