Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar.
Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirilib.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.

