Prezident Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verdi

Allahverən İbiş oğlu İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib.
  • Sosial şəbəkədə paylaş