Laçında qarın hündürlüyü üç santimetrə çatıb

Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünərək gözəlləşir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında, gecə saat 21 radələrindən etibarən qar yağmağa başlayıb.

Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb və hazırda yağıntı davam edir.
  • Sosial şəbəkədə paylaş