Putin Ermənistan səfirinin etimadnaməsini niyə qəbul etməyib?

Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş Dövlət Dumasının keçmiş deputatı Qurgen Arsenyanın etimadnaməsinin surətlərini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim etməsi İrəvanda ciddi narazılıqla qarşılanıb.

Dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan diplomat adətən etimadnaməsinin surətini dövlət başçısına verir. Məsələn, Ermənistanın Rusiya Federasiyasındakı keçmiş səfiri Vaqarşak Arutyunyan 2022-ci ildə vəzifəsinin icrasına başladıqdan sonra etimadnaməsinin surətlərini Rusiya prezidenti Vladimir Putinə təqdim edib. İndi Arsenyanı Putinin qəbul etməməsi İrəvanda xüsusilə müxalifətibn ciddi narazılığına səbəb olub.
  • Sosial şəbəkədə paylaş