Putin-Uitkoff görüşü

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla görüşə başlayıb.

TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl bu təmas barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Görüşün əsas mövzusu Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşdırılması və Ukrayna münaqişəsinin nizamlanmasına dair bəzi məsələlərin müzakirəsi olacaq.
  • Sosial şəbəkədə paylaş