Mikayıl Cabbarov Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:

"Ölkəmizlə Bankın birgə fəaliyyətinin uğurlu nəticələrini vurğuladıq. Tərəfdaşlığın şaxələndirilməsi, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüslərin reallaşdırılması barədə müzakirələr apardıq".
  • Sosial şəbəkədə paylaş