ABŞ-da Rusiya sanksiyaları üzrə parçalanma – Tramp əleyhinə çıxdı

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxıb.

Məlumata əsasən, ABŞ dövlət katibi Marko Rubio senator Lindsi Qrahamın təşəbbüsü ilə irəli sürülən sanksiya layihəsini dəstəkləyir. Layihə yalnız Rusiyanı deyil, onunla ticarət əlaqələri quran xarici tərəfdaşları da hədəfə alır.

Tramp isə bu planın əleyhinə çıxaraq bildirib ki, yeni sanksiyalar beynəlxalq münasibətlərdə gərginliyi daha da artıracaq və ABŞ-ın maraqlarına zərər verə bilər. Prezidentin bu mövqeyi administrasiya daxilində Rusiya ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu ortaya qoyur.
  • Sosial şəbəkədə paylaş