Putin 2 iyunda İstanbul danışıqlarına onları göndərəcək – Zaxarova adları açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni açıqlama verib.

O bildirib ki, Rusiya tərəfinin nümayəndə heyəti əvvəlki – 16 may tarixindəki danışıqlardakı eyni tərkiblə prosesə qatılacaq.

Zaxarova bu qərarın davamlılıq və mövcud müzakirə formatının qorunması baxımından vacib olduğunu qeyd edib. Hələlik ABŞ tərəfinin danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
  • Sosial şəbəkədə paylaş