İyunun 22-də BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları pisləyən qətnamə layihəsi səsverməyə çıxarılmayacaq. Bu barədə diplomatik mənbələrə istinadla TASS agentliyi və digər beynəlxalq media qurumları məlumat yayıb. Rusiya, Çin və Pakistan tərəfindən hazırlanmış qətnamə layihəsində “dərhal və şərtsiz atəşkəs” tələb olunur. Lakin ABŞ-ın veto hüququndan istifadə edəcəyi gözlənildiyi üçün qətnamənin gündəliyə daxil olunması mümkün olmayacaq.
Qeyd edək ki, ABŞ-ın son zərbələri İranda Forda, Natanz və İsfahan nüvə obyektlərini hədəfə alıb. “Operation Midnight Hammer” adı verilən əməliyyat çərçivəsində 125-dən çox döyüş təyyarəsi və yüksək dəqiqlikli raketlər istifadə olunub. Pentaqon rəhbəri Pit Heqset əməliyyatın İran rejimini dəyişmək məqsədi daşımadığını açıqlasa da, zərbələrin strateji məqsədlərlə həyata keçirildiyi vurğulanır.