ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Malayziyadan idxal olunan mallara 25 faiz, Cənubi Afrikadan 30 faiz, Laos və Myanmadan idxal olunan mallara isə 40 faiz rüsum tətbiq edilməsi barədə xəbərdarlıq məktublarını dərc edib.
Onun Truth Social hesabında yerləşdirilən məktublardan aydın olur ki, qərar avqustun 1-dən qüvvəyə minir.
Trampın Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə ünvanlanmış məktubunda bildirilir: “Mən sizə bu məktubu göndərməkdən şərəf duyuram, çünki bu, ticarət əlaqələrimizin möhkəmliyini və ABŞ-ın böyük ölkənizlə əhəmiyyətli ticarət kəsiri olmasına baxmayaraq, Qazaxıstanla işləməyə davam etməyə hazır olduğunu nümayiş etdirir”.
Tramp məktubunda qeyd edib ki, ABŞ və Qazaxıstanın ticarət əlaqələrini müzakirə etmək üçün illər var, lakin indi Vaşinqton “uzunmüddətli kəsirlərlə” mübarizə aparmağı vacib hesab edir.