Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar paketinə Azərbaycan şirkətini də daxil edib.
Aqua Fleet Management adlı şirkət sanksiya siyahısına salınıb.
Bu qərar Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı tətbiq etdiyi anti-Rusiya tədbirlərinin növbəti mərhələsi çərçivəsində elan edilib. Sanksiyalar ümumilikdə Azərbaycan, Hindistan, Çin, BƏƏ, Sinqapur və Mavrikidən olan 18 şirkətə şamil olunur.
Avropa İttifaqı həmin şirkətləri Rusiya ilə gizli əməkdaşlıqda və sanksiyalardan yayınmağa yardım etməkdə ittiham edir. Hazırda məsələ ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi açıqlanmayıb.