Rusiya Ukraynaya onlayn rejimdə işləmək üçün siyasi, hərbi və humanitar məsələlər üç işçi qrupu yaratmağı təklif edib.
"Report"un məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.
"Biz bu dəfə Ukrayna tərəfinə nə təklif etdik? Vergi ödəyicilərinin vaxtına və puluna qənaət etmək üçün nümayəndə heyətimiz daxilində onlayn rejimdə işləyəcək üç işçi qrupu yaratmaq", - Medinski bildirib.
"Ukrayna tərəfi bu təklifə baxmağı öhdəsinə götürüb", - Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib.