Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ilə siyasi və hərbi sahələr üzrə işçi qruplar yaradılması təşəbbüsü ilə çıxış edib. Lavrov bildirib ki, bu təklif artıq Moskvadan Kiyevə çatdırılıb və rəsmi cavab gözlənilir. Lakin Ukrayna tərəfi bu çağırışlara ehtiyatla yanaşır və bu təkliflərin arxasında Moskvanın yeni diplomatik oyunları dayandığını hesab edir.
Lavrov avqustun 1-də açıqlamasında deyib:
“Artıq üç raund danışıqlar keçirilib. Biz siyasi və hərbi məsələlər üzrə işçi qruplar yaradılmasını təklif etmişik. Bu, prezident Putinin qeyd etdiyi kimi, davamlı razılaşmalar üçün əhəmiyyətli addım ola bilər”.
Nazir həmçinin bildirib ki, Rusiya bu təkliflərlə Ukrayna ilə daha “stabil və konkret” razılaşmalar əldə etməyə çalışır. Onun sözlərinə görə, Moskva bu mərhələdə konkret texniki məsələlərin müzakirəsini istəyir.