Putin və Tramp sentyabrın 3-də Pekində görüşəcək

Rusiya KİV-ləri diplomatik mənbələrə istinadən sentyabrın 3-də Çin paytaxtı Pekində dünya gündəmini silkələyəcək görüşün baş tutacağını açıqlayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu tarixdə bir araya gələcək.

Bu görüş yalnız iki nəhəng dövlət başçısının görüşü deyil – bütün dünya üçün geosiyasi sarsıntı potensialı daşıyan hadisə kimi qiymətləndirilir. Hazırda Rusiya-Ukrayna müharibəsinin taleyi, Qafqazdakı yeni nizam, Çin-ABŞ rəqabəti və enerji təhlükəsizliyi kimi məsələlər məhz bu görüşdə masa üzərinə qoyulacaq əsas mövzulardır.
  • Sosial şəbəkədə paylaş