Lavrovla Rubio görüş hazırlıqlarını müzakirə etdilər – Ankoricdə baş tutacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər.

Məlumatda bildirilir ki, "hər iki tərəf tədbirin uğurla keçirilməsinə sadiq olduqlarını təsdiqlədi".

Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə bildirib ki, prezidentlərin görüşü Ankoricdə keçiriləcək: "Cümə günü səhər prezident Tramp Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək üçün Alyaska ştatının Ankoric şəhərinə gedəcək".
  • Sosial şəbəkədə paylaş