Xarici siyasət 14 avqust 2025 9:09 Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub

Tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanda sülh, firavanlıq və inkişaf üçün dualar edilib.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçün təhlükəsizliyin önəminə diqqət çəkib. Həmçinin Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.
  • Sosial şəbəkədə paylaş