Vaşinqtonda ABŞ və Türkiyə arasında atom enerjisindən sülh məqsədli istifadə sahəsində yeni strateji əməkdaşlıq sazişi imzalanıb.
Anlaşma sənədinin imzalanma mərasimi ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Saziş iki ölkə arasında nüvə enerjisindən yalnız sülh məqsədləri üçün istifadəyə, müasir texnologiyaların mübadiləsinə, elmi-tədqiqat əməkdaşlığına və nüvə təhlükəsizliyinin təmin edilməsinə dair mühüm razılaşmaları ehtiva edir. Bu əməkdaşlıq çərçivəsində Türkiyənin enerji sektoruna yüksək texnologiyaların gətirilməsi, yeni nəsil atom elektrik stansiyalarının tikintisi və nüvə kadrlarının hazırlanması nəzərdə tutulur.
Ekspertlərin fikrincə, imzalanan sənəd Türkiyənin enerji müstəqilliyinə doğru atdığı mühüm addım olmaqla yanaşı, Vaşinqton-Ankara münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu da göstərir. ABŞ tərəfi bildirir ki, bu əməkdaşlıq regionda enerji təhlükəsizliyini gücləndirəcək və iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar açacaq.