Şavkat Mirziyoyev Azərbaycana GƏLİR

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 6–7 oktyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər çərçivəsində dövlət başçısı Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti sammitində iştirak edəcək.
  • Sosial şəbəkədə paylaş