Paşinyan Azərbaycanla sülh prosesindən DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə Kopenhagendə görüşündən və ümumilikdə Bakı ilə təmaslarından məmnun olduğunu bildirib.

Paşinyan bu barədə brifinqdə bildirib.

"Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh həqiqətdir", - o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda üç dəfə, Kopenhagen, Düşənbə və Şarm əl-Şeyxdə görüşüblər.
  • Sosial şəbəkədə paylaş