Avropanın Rusiya qazından imtina etməsinə baxmayaraq Avropa İttifaqına (Aİ) daxil olan bir sıra ölkələr hələ də Rusiyadan təbii qaz idxalına davam edirlər.
Bu barədə məlumatı Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorqensen Brüsselda jurnalistlərə verdiyi açıqlama zamanı deyib.
O bildirib ki, 2022-ci ildə Avropanın qaz təminatının 45 faizi Rusiyadan alınan qazın hesabına ödənilirdi.
“Lakin 2025-ci ilin oktyabr ayında bu rəqəm 13 faizə düşüb. Rusiyadan təbii qaz almaq üçün bağlanan qısamüddətli müqavilələr 2026-ci ilin yanvarına kimi qüvvədə qalacaq. Uzun müddətli müqavilələrin müddəti isə 2027-ci ilin yanvarına kimi davam edəcək”, - deyə komissar vurğulayıb.
Aİ enerji nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gedən D.Yorqensen onu da bildirib ki, Aİ Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı 19-cu iqtisadi sanksiyalar paketinin tələbinə uyğun olaraq 2027-ci ildən bu ölkədən qaz idxalını tamamilə dayandıracaq.