İranın yeni yaradılmış Müvəqqəti Rəhbərlik Şurası ölkənin xarici hərbi strategiyasında mühüm dəyişiklik edərək, qonşu dövlətlərə qarşı raket hücumlarını dayandırmaq barədə qərar qəbul edib.
Prezident Məsud Pezeşkian martın 6-da xalqa müraciəti zamanı Tehranın regional gərginliyi azaltmağa hazır olduğunu bəyan edib.
Prezident vurğulayıb ki, İran artıq qonşu ölkələrə raket zərbələri endirməyəcək, lakin bir mühüm şərti var: "Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu dövlətlərə daha hücum etməmək və raket atmamaq barədə qərar verdi. Ancaq bir şərtlə: əgər bu ölkələrin ərazisindən İrana qarşı hücumlar baş verməzsə". Pezeşkian əlavə edib ki, İran sülh tərəfdarıdır, lakin suverenliyinə qarşı istənilən təhdidə dərhal və amansız cavab verəcək.
“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı Qüvvələrimiz müstəqil fəaliyyət göstərərək ölkənin şərəfini qoruyub”, - İran Prezidenti qeyd edib.