Tramp İrana görə Çinə səfərini TƏXİRƏ SALDI

ABŞ prezidenti Donald Tramp İrandakı müharibə səbəbindən Çin prezidenti Si Cinpinlə görüşünü təxminən bir ay təxirə saldığını bildirib.

31 mart-2 aprel tarixlərinə planlaşdırılan səfərini təxirə salındığını deyib:

"Biz müharibə vəziyyətindəyik. Mənim üçün burada olmaq vacibdir".

Qeyd edək ki, ABŞ və Çin arasındakı münasibətlər Vaşinqtonun tarif siyasətinə görə gərgin olaraq qalır. Pekin həmçinin İranın əsas müttəfiqi hesab olunur.
  • Sosial şəbəkədə paylaş