Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayevlə görüş keçirib.
Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verilir ki, görüş zamanı qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici siyasət qurumları xətti üzrə koordinasiyanın aktual məsələlərinə də toxunulub.
Rusiya-Azərbaycan münasibətlərinin çoxşaxəli əlaqələrinin və müttəfiqlik əməkdaşlığının daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə fəaliyyətin davam etdirilməsinə qarşılıqlı hazır olunduğu qeyd edilib.