ABŞ Dövlət Departamenti gələn həftə İsrail və Livan nümayəndələri arasında mümkün atəşkəsi müzakirə etmək üçün görüş keçirməyi planlaşdırır.
Bu barədə “Reuters” ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla məlumat yayıb.
Daha əvvəl İsrailin Baş naziri Benjamin Netanyahu Livanla birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini açıqlamışdı. O, həmçinin Livandakı “Hizbullah” təşkilatının tərksilah edilməsinin və münaqişənin “mümkün qədər tez” həll olunmasının vacibliyini vurğulamışdı.
“Axios” portalının məlumatına görə, danışıqların gələn həftə Vaşinqtonda baş tuta biləcəyi gözlənilir.