Bu həftə bərpa və yenidənqurma prosesinin sürətlə getdiyi Füzuli şəhəri siyasi və biznes elitasının diqqət mərkəzinə çevrilib. Belə ki, Füzuli şəhərində “LUKoyl” ASC-nin dəstəyi ilə inşa olunan 1 nömrəli uşaq bağçasının açılışı baş tutub.
Mediaya istinadən xəbər verilir ki, yeni uşaq bağçasının açılış mərasimində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da daxil olmaqla geniş nümayəndə heyəti iştirak edib. Lakin tədbirin əsas fiquru “LUKoyl” un təsisçisi Vahid Ələkbərov olub.
Bildirilir ki, Füzulidə uşaq bağçası tikmək dünyanın ən böyük neft şirkətlərindən birinin azərbaycanlı kökənli təsisçisinin şəxsi təşəbbüsüdür. “Biz uşaqların rahat və təhlükəsiz mühitdə böyüməsi və dünyanı dərk etməsi üçün şərait yaratmağa çalışdıq. Bu layihə azad edilmiş ərazilərdə inkişafın və tam həyatın təmin olunmasının simvoludur”, — deyə Vahid Ələkbərov bildirib. 240 yerlik, 2,4 hektar ərazini əhatə edən bu obyekt ənənəvi uşaq bağçasından daha çox müasir təhsil mərkəzini xatırladır: burada hovuz, kompüter sinifləri, müasir emalatxanalar və xüsusi yemək istehsalı bölmələri mövcuddur. 2024-cü ilin mayında təməli qoyulan və rekord müddətdə istifadəyə verilən bu uşaq bağçası gənc ailələr üçün sabaha inam yaradan “dayaq nöqtəsi” rolunu oynayır.
V.Ələkbərov 1990-cı illərdə, SSRİ-nin dağılmasından sonra, Heydər Əliyevin hakimiyyəti dövründə öz vətəninin iqtisadi potensialının bərpasında mühüm rol oynayıb. “O, Azərbaycan rəhbərliyinin yüksək etimadını qazanaraq, H.Əliyev tərəfindən qeyri-rəsmi olaraq “bizim Vahid” kimi xarakterizə olunub.“Forbes” siyahısına daxil olan ən varlı iş adamlarından biri olmasına baxmayaraq, Ələkbərov nümayişkaranə dəbdəbədən uzaq, konservativ həyat tərzi ilə tanınır. O, Avropa futbol klublarının alınması və ya dəbdəbəli ziyafətlərlə gündəmə gələn iş adamlarından fərqli olaraq, əsas diqqətini sənaye inkişafına və sosial sahələrə — xüsusilə səhiyyə, idman və təhsilə yönəldir. Füzulinin yenidən qurulması yalnız maliyyə yatırımları deyil, həm də əhalinin geri qayıtması üçün şəraitin yaradılmasını tələb edən mürəkkəb bir prosesdir. Ələkbərovun regiondakı fəaliyyəti dövlət və biznes maraqlarının nadir sintezi kimi qiymətləndirilir: şirkət sabit tərəfdaşlıq əldə edir, ölkə isə müasir sosial standartlara çıxış qazanır” deyə, sayt yazır.
V.Ələkbərov 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov müsəlman və azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.
O, Azərbaycan Neft və Kimya İnstitutunu 1974-cü ildə bitirib. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKoyl” şirkətinə rəhbərlik edir.
İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var.