Böyük Britaniya hökuməti Azərbaycana yeni səfir təyin edib.
Dunkan Norman Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, diplomatik fəaliyyətin icrası üçün artıq Bakıdadır.
Dunkan Çarlz Norman əmək fəaliyyətinə 1990-cı ildə Böyük Britaniyanın Xarici İşlər və Birlik Ofisində (FCO) başlayıb. Maliyyə Departamenti və Birgə Yardım Bölməsində çalışan Dunkan Norman daha sonra diplomatik fəaliyyətini bir sıra xarici ölkələrdə davam etdirib: Ər-Riyadda vitse-konsul, İrəvanda Missiya rəhbərinin müavini olub. O, 2016-2021-ci illərdə Böyük Britaniyanın Albaniyadakı səfiri olub. 2022-2023-ü illərdə Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində (FCDO) Ukraynanın Bərpası üzrə Konfrans Bölməsinin direktor müavini çalışıb.
D.Norman 2023-2024-cü illərdə Böyük Britaniyanın Milli Təhlükəsizlik Katibliyində (National Security Secretariat) Birgə Fondlar Bölməsinin Direktor müavini işləyib. (red: Milli Təhlükəsizlik Katibliyi (National Security Secretariat) Böyük Britaniya hökumətində milli təhlükəsizlik, müdafiə, kəşfiyyat və xarici təhlükəsizlik siyasətinin koordinasiyasını həyata keçirən qurumdur. Birgə Fondlar Bölməsi isə (Joint Funds Unit) müxtəlif beynəlxalq və hökumətlərarası təhlükəsizlik, inkişaf və strateji maliyyə fondlarının idarə olunması və bölüşdürülməsi ilə məşğul olan strukturdur).
Qeyd edək ki, Dunkan Normanın təyinatı ilə rəsmi Londonun Bakı ilə diplomatik münasibətlərinin və iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçəcəyi gözlənilir.