Nazir: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir

Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov yaponiyalı həmkarı yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib.

Ceyhun Bayramov bu təşəbbüsü səyahətlərin asanlaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, turizmin təşviqi və iki ölkə xalqları arasında münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
  • Sosial şəbəkədə paylaş