Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində tikinti işlərinə gələn ilin yazında başlanıla bilər. Onun sözlərinə görə, elektrik enerjisi tranzitinin dəmir yolu layihəsinin həyata keçirilməsindən əvvəl başlanması mümkündür.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüş ilə bağlı mətbuat üçün bəyanatda qeyd olunub ki, liderlər TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Daha öncə Azərbaycan rəsmilərinin açıqlamalarında layihənin fiziki işlərinə 2026-cı ilin sonuna doğru başlanacağı barədə gözlənti ifadə olunurdu. Lakin Mirzoyanın son açıqlaması prosesin daha da uzanacağından xəbər verir.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli prosesin gecikməsinin arxasında ciddi siyasi səbəblərin olmadığı qənaətindədir.
Musavat.com-a şərhində o, bildirib ki, bu daha çox hüquqi və texniki mexanizmlərlə bağlıdır: “Məlum olduğu kimi, TRIPP layihəsini həyata keçirmək üçün TRIPP Development Company (TDC) yaradılıb. Həmin şirkətin nizamnaməsi və səhmdarlarla saziş məsələsi hələ açıq olaraq qalır. Bununla bağlı ABŞ və Ermənistan hökumətləri arasında danışıqlar gedir. Hesab edirəm ki, Paşinyan hökuməti indiki mərhələdə prosesin yubanmasında maraqlı deyil. Əsas qərar Vaşinqton sammitində verilib. Qalan məsələlərin zamanla həll oluncağını düşünürəm”.