NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək və Alyansın həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə gedəcək.

Türkiyədə baş verən və minlərlə insanın həyatını itirməsinə səbəb olan zəlzələlər səbəbilə dünyadan Türkiyəyə dəstək bəyanatları gəlməkdə davam edir.

NATO-nun baş katibi Stoltenberq də bu səbəbdən prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə yola düşəcək.
  • Sosial şəbəkədə paylaş