Bakıda külək güclənəcək, yağış intensivləşəcək

Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
  • Sosial şəbəkədə paylaş