Naxçıvana təyyarə bileti 10 manat artdı

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.

Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün 70 manat müəyyən edilib.
  • Sosial şəbəkədə paylaş