“Bələdiyyə əmlakı vergisini qəsdən ödəməyən şəxslərin ölkədən çıxışı qadağan edilə bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycanda əmlak vergisini ödəməkdən yayınma tendensiyası müşahidə olunur ki, bu vergilərin yığılması yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir: “Əvvəllər bu, çox vaxt cəzasız qalırdı, ancaq artıq vəziyyət dəyişəcək. Əhali qanunun tam sərtliyi ilə üzləşməli olacaq. İndi vergidən yayınmaq çətin olacaq. Belə ki, bütün vergi ödəyiciləri haqqında məlumatlar Dövlət Əmlak Xidmətinin məlumat bazası ilə inteqrasiya olunmuş və yeni yaradılmış Bələdiyyə Avtomatlaşdırılmış İnformasiya Sisteminə daxil edilir. Əmlak vergisini ödəməkdən imtina edildikdə, qanun pozucusu haqqında məlumat Ədliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra iş Probasiya Xidmətinə veriləcək və vətəndaşın, məsələn, ölkədən çıxışına qadağa qoyula bilər”.