"Barselona"nın prezidenti COP29 pavilyonlarını ziyarət etdi

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.

Kataloniya klubunun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.
  • Sosial şəbəkədə paylaş