“O qiymətə Avropada istirahət etmək olar”
Yeni il bayramına təxminən 10 gün vaxt qalıb. Hər il olduğu kimi bu il də regionlarda yerləşən hotellər bayram günləri üçün qiymətləri fantastik həddə qaldırıblar.
Məsələn, Yeni ili Şuşadakı 5 ulduzlu “Shusha” hotelində qeyd etmək istəyənlər 2 gecə 3 gün (31.12.2024-02.01.2025) üçün bir nəfərə 950 manat ödəməli olacaqlar. Paketə daxildir - səhər və şam yeməyi, Yeni ilin atəşfəşanlıqla qarşılanması, müxtəlif ulduzların iştirakı ilə Yeni il qala gecəsi, azyaşlılar üçün nəzərdə tutulmuş əyləncələr (Şaxta baba, qar qız, klounlar, mini disko, oyunlar).
İsmayıllıda yerləşən “Basqal Resort & Spa” hotelində isə Yeni il gecəsi qiymətə səhər və axşam yeməyi nəzərdə tutulub. Qala gecəsi də daxil olmaqla, 1 520 manat olacaq. Yeni il paketi iki gecəlik nəzərdə tutulub.
“Shamakhi Palace”da isə 31 dekabr tarixində iki gecəlik paketin qiyməti iki nəfər üçün 1 510 manatdır. Qiymətə üç dəfə qidalanma daxildir.
“Shahdag Hotel & Spa”da Yeni il üçün üç gecəlik, səhər və axşam yeməyi və qala gecəsi daxil olmaqla, 1830 AZN təşkil edir. Qiymət iki nəfər üçün nəzərdə tutulub.
“Quba Palace” hotelində qiymətlər dekabrın 31-dən yanvarın 2-nə qədər 2500-2700 manat aralığında dəyişir. Bu qiymət iki nəfər üçün təyin edilib. Məbləğə gündə üç dəfə qidalanma, SPA, sauna və keçiriləcək Yeni il şou-proqramlarına qatılmaq daxildir.
Qubada “Macara Lake Park” hotelində dekabrın 31-dən yanvarın 2-ə qədər üç günlük qiymət (iki nəfər üçün) 1450 manatdır. Qiymətə səhər və axşam yeməkləri daxildir.
Şabranda “Qalaaltı” hotelində isə 31 dekabr - 2 yanvar tarixlərində iki nəfər üçün qiymət 1430 manatdan başlayır. Bu məbləğə gündə üç dəfə qidalanma, SPA, sauna və sair xidmətlər daxildir.
“Qafqaz Tufandağ” hotelində iki nəfər üçün qiymət üç günlük istirahət və səhər yeməyi daxil olmaqla 1620 manatadır.
“Lankaran Springs Wellness Resort”da Yeni il gecəsi isə üç gün - iki gecə qonaqlama, üç dəfə qidalanma və qala gecəsi ilə birgə iki nəfər üçün 1 399 AZN təşkil edir.