Rusiyadan Araz Ağalarova və Qod Nisanova qarşı HÜCUM

Rusiyalı deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.

Rusiyalı depuatlar “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar.

Media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, onlar Rusiyadakı azərbaycanlı bizmesmenləri də hədəf göstərirlər. Araz Ağalarov və Qod Nisanov kimi tanınmış işadamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər.

"Halbuki, Rusiyadakı azərbaycanlı işadamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir" - E.Şahinoğlu əlavə edib.
  • Sosial şəbəkədə paylaş