Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi və elmi ictimaiyyətin nümayəndələri oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 86-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Şərqşünaslıq İnstitutundan bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmində böyük ənənələr qoyduğunu, AMEA-nın Şərqşünaslıq İnstitutunda ədəbiyyatşünaslıq istiqamətinin ən böyük nümayəndəsi olduğunu, bu istiqaməti elmi məktəbə çevirdiyini deyib. O bildirib ki, sovet dövründə mövcud rejimin mühacirlərə mürtəce, burjua kimi baxdığı bir zamanda professor Aida İmanquliyeva mühacirət ədəbiyyatını tədqiq edib, mükəmməl əsərlər yaradıb. Görkəmli alimin ərəb mühacirət ədəbiyyatı haqqında, xüsusən də Amerikada ərəb mühacirləri haqqında apardığı tədqiqatlar və nəşr etdirdiyi kitablar nəinki Azərbaycanda, Sovet İttifaqında nadir hadisələrdən idi.
AMEA rəhbəri professor Aida İmanquliyevanın ənənələrinin davam etdirildiyini, mühacirət ədəbiyyatı haqqında müxtəlif institutlarda tədqiqatlar aparıldığını, Şərqşünaslıq İnstitutunun bu sahədə çox böyük işlər gördüyünü qeyd edib. Bildirib ki, ötən əsrin 80-90-cı illərində Aida xanımın açdığı yol bu gün elmin reallığına çevrilib. Alimin yeni davamçıları, ardıcılları yetişib.
Akademiyanın vitse-prezidenti Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanquliyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini deyib. Bir alim kimi Aida İmanquliyevanın maraq dairəsinin geniş və çoxşaxəli olduğunu vurğulayan Gövhər Baxşəliyeva onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini araşdırdığını söyləyib.
Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan akademik Gövhər Baxşəliyeva Aida xanımın elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəldiyini qeyd edib.
Aida xanımın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini qeyd edən G.Baxşəliyeva, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.
Daha sonra AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev çıxış edərək Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığına böyük töhfələr verdiyini söyləyib, görkəmli alimin itkisinin təkcə şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.
Ətraflı