Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçən şəxslərin nəzərinə

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən Müsahibə komissiyasının müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanına buraxılırlar və onların siyahısı Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim olunur.

DİM-dən bildirilib ki, həmin vətəndaşlar test imtahanında iştirak etmək üçün mərkəzin internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet”in yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün oktyabrın 23-dən noyabrın 4-ü saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçmək lazımdır.
  • Sosial şəbəkədə paylaş