Xınalıq və Qırıza qar yağdı, temperatur mənfi 3 dərəcə düşdü

Dekabrın 2-si gecə saatlarından başlayaraq Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə düşüb. Qrız kəndində qarın hündürlüyü 2, Xınalıqda 1 santimetrdir.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
  • Sosial şəbəkədə paylaş