Fevralın 26-da Nərimanov rayonu ictimaiyyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. Tədbir iştirakçıları əvvəlcə Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Ana harayı abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və digər natiqlər Xocalı soyqırımının dünya tarixinin ən faciəli səhifələrindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, bu dəhşətli hadisənin beynəlxalq aləmdə tanıdılması xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində qazanılan böyük Zəfər nəticəsində şəhidlərimizin və Xocalı qurbanlarının qisası alınıb, bu gün Xocalıda və bütövlükdə Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov və Xocalı soyqırımı qurbanlarının ailə üzvləri çıxış edərək faciənin dəhşətlərindən söz açıb, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.