Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib

Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu ailələr hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.

Odur ki, bu gün Nərimanov rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunub.

Şəhid analarını, şəhid ailələrinin xanımlarını bayram münasibətilə təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Azərbaycan qadınları hər zaman xalqımızın qürur mənbəyi və baş tacı olmuşdur.

RİH başçısı qeyd edib ki, Azərbaycan qadını ailələrimizin əsas dayağı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi cəmiyyətimizdə mühüm rol oynayır. O vurğulayıb ki, Vətən müharibəsi dövründə qadınlarımız göstərdikləri məğrurluq, vətənpərvərlik və milli təəssübkeşliklə bir daha fərqləniblər. Eyni zamanda, Vətən müharibəsində qazanılan şanlı Qələbədə Azərbaycan qadınlarının, Azərbaycan anaların önəmli rolu onda olub ki, qəhrəmanları yetişdirib, onları cəsarət, igidlik, Vətənə sevgi ruhunda tərbiyə veriblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib
  • Sosial şəbəkədə paylaş