Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb.

Bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sabahkı açılışı ərəfəsində "BMT-Habitat"ın icraçı direktoru Anakludia Rossbax bütün dünyanı dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumda salamlayır", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, dünyanın 180-dən çox ölkəsindən 40 mindən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat mənzillə təmin olunması məsələsi üzrə dialoqu irəli aparmağa imkan verəcək.
  • Sosial şəbəkədə paylaş