Ağdama növbəti köç

Mayın 26-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

Bu mərhələdə 110 ailə olmaqla, 417 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
  • Sosial şəbəkədə paylaş