İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq

İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
  • Sosial şəbəkədə paylaş