Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib.
Dəyişikliklə Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilir.
İndiyə qədər Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin aylıq vəzifə maaşı həcmində müəyyən edilmişdi.
Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.
***
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsini təsdiqləyib.
Dəyişikliklə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.
İndiyədək bu məbləğ 2475 manat idi. Artım 1075 manat təşkil edir.
Habelə, 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilib.
72.2-ci və 73.6-cı maddələr ləğv edilib, 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılıb.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.