Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində, 1 nömrəli Xüsusi Təyinatlı, Səbail, Nərimanov, Suraxanı, Astara Rayon Yanğından Mühafizə hissələrində həmçinin Sabunçu və Yasamal Rayon Yanğından Mühafizə hissəsinin 23 və 31 nömrəli Yanğından Mühafizə bölmələrində “açıq qapı günü” tədbirləri keçirilib.
Bu barədə FHN-dən məlumat verilib.
Tədbirlərdə “My Garden”, “Piter Pen”, “Bağçam”, “Bir İnci”, “İndigo Vurğun”, “Şən Notlar”, “İndigo Xətai”, “Möcüzələr ölkəsi”, “İndigo Sumqayıt” uşaq bağçalarının azyaşlı və tərbiyəçiləri, həmçinin Astara şəhər 1 saylı tam orta məktəbinin şagird və müəllimləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.