“Heydər Əliyev İli” ilə bağlı prokurorluqda “Açıq qapı günü” keçirilib

“Heydər Əliyev İli” ilə bağlı Yasamal rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağı nəzərə alınaraq fevralın 20-də prokurorluq orqanlarında növbəti “Açıq qapı” Günü keçirilib.
Yasamal rayon prokurorluğunun inzibati binasında baş tutmuş tədbirdə məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsi barədə gənc hüquqşünasları məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı tanış etmək olub.

Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak edib.
  • Sosial şəbəkədə paylaş