Azərbaycanla Türkmənistan arasında münasibətlər çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinə əsaslanır, strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı, ilk növbədə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Türkmənistana hər səfərin dərin təəssürat doğurduğunu vurğulayıb:
“Ölkənin necə dinamik inkişaf etdiyi aydın görünür. Qardaş Türkmənistanın uğurları bizi ürəkdən sevindirir”.
Azərbaycan Prezidenti iki ölkə arasında yüksək səviyyəli təmasların intensiv xarakter daşımasından məmnunluğunu ifadə edib. O xatırladıb ki, 2025-ci ilin avqustunda Türkmənistana səfər edib, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ötən il iki dəfə Azərbaycana gəlib, bu ilin iyununda isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri edib.
“Bu təmaslar ikitərəfli münasibətlərə əlavə təkan verib və bir çox sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb”, — dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev, həmçinin bu il Müstəqil Dövlətlər Birliyinin 35 illiyinin qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, ötən illər ərzində MDB siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün tələb olunan platforma kimi özünü təsdiqləyib.