Zaqatalada 11 yaşlı turist ölüb

Zaqatalada 11 yaşlı turist vəfat edib.

Medianın məlumatına görə, İmişli rayon sakini, 2012-ci il təvəllüdlü Dəniz Nuri zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibbi müdaxilələrə baxmayaraq, orada vəfat edib.

Qeyd edək ki, mərhum ailəsi ilə birlikdə Zaqatalaya istirahət üçün gedibmiş.
  • Sosial şəbəkədə paylaş